“ƏDV geri al” layihəsi çərçivəsində vətəndaşlara 604 milyon manat qaytarılıb

“ƏDV geri al” layihəsi çərçivəsində vətəndaşlara 604 milyon manat qaytarılıb Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan bu il iyulun 1-nə qədər pərakəndə ticarət və iaşə obyektlərindən alınmış mallara (neft-qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də səhiyyə m
Biznes
17 İyul , 2024 12:51
“ƏDV geri al” layihəsi çərçivəsində vətəndaşlara 604 milyon manat qaytarılıb

Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan bu il iyulun 1-nə qədər pərakəndə ticarət və iaşə obyektlərindən alınmış mallara (neft-qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də səhiyyə müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi xidmətlərə görə ödənilmiş ƏDV-nin 603,7 milyon manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, təkcə bu ilin yanvar-iyun ayları ərzində isə ümumilikdə 253 405 778 kassa çeki üzrə 88 milyon manat ƏDV məbləği geri qaytarılıb.

"ƏDV-nin bir hissəsinin qaytarılması üçün edvgerial.az portalında 3 milyona yaxın istifadəçi qeydə alınıb. Layihənin reallaşdırılması nəticəsində pərakəndə ticarət, iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi