Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejiminə keçəcək

Biznes
  • 18 mart, 2019
  • 08:59
Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejiminə keçəcək
Report

Dövlət Gömrük Komitəsi (DGK) Növruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə "Report"a Komitədən bildirilib. 

Məlumata görə, DGK-nın sədri Səfər Mehdiyevin sərəncamına əsasən, bayramla əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə rəsmiləşdirilməsi, vətəndaşların, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə gömrük-sərhəd keçid məntəqələri və Komitənin aidiyyəti qurumları gücləndirilmiş iş rejiminə keçəcək. 

Son xəbərlər

Bütün Xəbər Lenti