Deputat: Azərbaycandan Rusiyaya göndərilən məhsullara bəzi hallarda müsbət rəy verilmir

Deputat: Azərbaycandan Rusiyaya göndərilən məhsullara bəzi hallarda müsbət rəy verilmir Bəzi hallarda Azərbaycandan Rusiyaya göndərilən məhsullara orada müsbət rəy verilməyib.
Biznes
29 Oktyabr , 2024 11:53
Deputat: Azərbaycandan Rusiyaya göndərilən məhsullara bəzi hallarda müsbət rəy verilmir

Azərbaycandan Rusiyaya göndərilən məhsullara bəzi hallarda müsbət rəy verilmir.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin oktyabrın 29-da keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bəzi hallarda iki ölkənin aidiyyəti qurumları arasında bu məsələdə fikir ayrılığı yaranır:

“Məhsulu burada yoxlayıb göndəriblər, amma Rusiyada aidiyyəti orqan da bu məhsulu yenidən yoxlayıb, ancaq rəy verməyib. Əgər iki ölkənin qurumu arasında bu cür fikir ayrılığı yaranırsa, məsələ necə həll ediləcək?

Çünki belə hadisələrdə ən çox əziyyət çəkən sahibkarlar olur. Hətta bəzi hallarda bu kimi məqamlar iki ölkə arasında münasibətlərə də təsir edə bilir. Ona görə layihədə bununla əlaqədar məsələ olmalıdır”.

Son xəbərlər

Orphus sistemi