COP29 çərçivəsində "Maliyyə, investisiya və ticarət günü” təşkil ediləcək

COP29 çərçivəsində "Maliyyə, investisiya və ticarət günü” təşkil ediləcək ​​​​​​​BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)  çərçivəsində noyabrın 19-da "Maliyyə, investisiya və ticarət günü” təşkil ediləcək.
Biznes
9 Sentyabr , 2024 11:27
COP29 çərçivəsində Maliyyə, investisiya və ticarət günü” təşkil ediləcək

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 14-də "Maliyyə, investisiya və ticarət günü” təşkil ediləcək.

"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev "Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu" konfransında deyib.

Onun sözlərinə görə, COP29-un fəaliyyət gündəliyindəki 14 təşəbbüsdən biri olan iqlim maliyyəsi, investisiya və ticarət dialoqu üzrə Bakı təşəbbüsü iqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün maliyyə, investisiya, eyni zamanda ticarətin inteqrasiyasını təşviq edir.

O qeyd edib ki, eyni zamanda həmin tarixdə maliyyə, investisiya və ticarət günü çərçivəsində AZPROMO-nun təşkilatçılığı ilə biznes, investisiya və filantropiya platforması adlı tədbirin keçirilməsi planlaşdırılır.

O qeyd edib ki, həmin gün "Maliyyə, investisiya və ticarət günü" çərçivəsində AZPROMO və Dünya İqtisadi Forumunun birgə təşkilatçılığı ilə iqlim məqsədlərinə dəstək verən xarici investorların müvafiq yerli şirkətlərlə əlaqələndirilməsi və iqlim öhdəliklərinin investisiya edilə bilən layihələrin əlaqələndirilməsi adlı 2 müzakirə sessiyası keçiriləcək: “Bu çərçivədə "Trade and investment house" pavilyonları təşkil ediləcək. Bu pavilyonlar paralel olaraq həm mavi, həm də yaşıl zonalarda olacaq. Maliyyə və ticarət, dayanıqlı sənaye istehsalı və dekarbonizasiya və eləcə də digər mövzulara həsr olunmuş tədbirlər keçiriləcək".

Son xəbərlər

Orphus sistemi