ABŞ-ın vitse-prezidenti: "Çinlə ticarət razılaşmasının imzalanması çətinləşə bilər"

Biznes
  • 20 noyabr, 2019
  • 07:18
ABŞ-ın vitse-prezidenti: Çinlə ticarət razılaşmasının imzalanması çətinləşə bilər

"Honqkonqdakı keçirilən nümayişlərdə iştirakçılara güc tətbiq edilməsi Çinlə ticarət razılaşmasının imzalanması çətinləşə bilər". 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens deyib. 

"ABŞ prezidentinin bu məsələdə qərarı qətidir. Əgər nümayişçilərə qarşı humanist və təmkinli davranış olmasa ticarət razılaşması imzalamağımız çətin olacaq", - o bildirib.

Xatırladaq ki, ötən gün keçirilmiş nümayişlər zamanı yüzlərlə etirazçıya qarşı sərt tədbirlər görülüb və onlar xəstəxanalara yerləşdirilib.