Çin və Koreya Respublikası Azərbaycana yük avtomobilləri ixracını kəskin artırıb
- 13 may, 2022
- 11:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin ilk iki ayı ərzində Azərbaycana xaricdən 14 milyon 352 min ABŞ dolları dəyərində 668 ədəd yük avtomobili (benzin və dizel mühərrikli) gətirlib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 30,4 % çoxdur, kəmiyyət olaraq – 12,7 % azdır.
Hesabat dövründə Almaniyadan 4 milyon 571 min ABŞ dolları dəyərində 425 ədəd, Çindən 3 milyon 777 min ABŞ dolları dəyərində 72 ədəd, Türkiyədən 2 milyon 190 min ABŞ dolları dəyərində 26 ədəd, Rusiyadan 1 milyon 733 min ABŞ dolları dəyərində 63 ədəd, Koreya Respublikasından 1 milyon 008 min ABŞ dolları dəyərində 46 ədəd nəqliyyat vasitəsi gətirlib.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Almaniyadan tədarük müvafiq olaraq 13,5 % və 22,4 % azalıb, Çindən – 4,1 dəfə və 3,4 dəfə artıb, Türkiyədən – 3,3 dəfə artıb və 18,7 % azalıb, Rusiyadan – 41 % və 41,1 % azalıb, Koreya Respublikasından – 3,8 dəfə və 2,9 dəfə artıb.
Qeyd edək ki, ötən il Azərbaycana xaricdən gətirilən 5 min 551 ədəd yük avtomobilinin 74 %-i Almaniyanın payına düşüb.