Çin hökuməti ölkənin ən zəngin vətəndaşını sıxışdırır

Çin hökuməti ölkənin ən zəngin vətəndaşını sıxışdırır Çin dövlət başçısı Si Cinpinq ölkənin ən zəngin vətəndaşı olan “Alibaba Group”un təsisçisi və rəhbəri Cek Ma (Ma Yun) tərəfindən himayə olunan “Ant Group” şirkətinin İPO-sunu (initial public offering – ilkin ictimai təklif: səhmlərin birjada ilkin yerləşd
Biznes
13 Noyabr , 2020 19:31
Çin hökuməti ölkənin ən zəngin vətəndaşını sıxışdırır

Çin dövlət başçısı Si Cinpinq ölkənin ən zəngin vətəndaşı olan “Alibaba Group”un təsisçisi və rəhbəri Cek Ma (Ma Yun) tərəfindən himayə olunan “Ant Group” şirkətinin İPO-sunu (initial public offering – ilkin ictimai təklif: səhmlərin birjada ilkin yerləşdirilməsi) dayandırmaq qərarı verib.

“Report” WSJ-yə istinadən xəbər verir ki, mənbələrin dediyinə görə, buna səbəb iş adamının hökumət haqqında tənqidi açıqlamalarıdır.

Məsələn, oktyabrın 24-də Cek Ma nitqi zamanı ölkə başçısından iqtibas gətirərək yüksək texnologiyalar sahəsindəki mövcud qaydaları mənfi dəyərləndirib. Bu cür açıqlamalar iş adamının öz şəxsi nüfuzunu yüksəltmək, eyni zamanda tənzimləmə orqanlarının fəaliyyətini şübhə altına qoymaq kimi qəbul olunub.

Mənbələrdən biri qeyd edib ki, dövlət başçısı Si Cinpinq vətəndaşların şəxsi varidatına əhəmiyyət verməyərək insanın varlanandan sonra da şəxsi mənafeyini ölkə mənafeyi ilə uzlaşdırmaq bacarığını əsas götürür.

Xatırladaq ki, “Ant Group”un İPO-sunun dünyada ən böyük qiymətli kağızlar yerləşdirilməsi olacağı gözlənilirdi. İndiyədək ən böyük İPO ötən ilin sonunda “Saudi Aramco”ya dair keçirilmişdi.

Son xəbərlər

Orphus sistemi