"Cənubtikintiservis"in səhmdarlarının yığıncağı keçiriləcək
Biznes
- 02 iyul, 2024
- 04:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Avqustun 9-da, saat 10:00-da "Cənubtikintiservis" ASC-nin səhmdarlarının təkrar ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, 25 ünvanında olacaq.
Yığıncağın gündəliyinə şirkətin 2023-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının müzakirə edilməsi, eləcə də Müşahidə Şurasının və maliyyə-təftiş komissiyasının formalaşdırılması məsələləri daxildir.
Xatırladaq ki, "Cənubtikintiservis" ASC 2003-cü ildə yaradılıb, Azərbaycanın neft-qaz sektoruna xidmət göstərən aktiv müəssisələrdən biridir. Onun nizamnamə kapitalı 1 323 694 manatdır. Şirkətin əsas səhmdarı Türkiyənin "Tekfen İnşaat" şirkətidir.
Son xəbərlər
13:07
Portuqaliyada parlament binası qarşısında genişmiqyaslı mitinq keçirilə bilər
Digər ölkələr
13:06
Sabah Bakının bir hissəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq
Energetika
13:05
UEFA Çempionlar Liqası: "Sabah" - "Borussiya" oyununa satılan biletlərin sayı açıqlanıb
Futbol
13:05
Azərbaycan iki ölkədən smartfon tədarükünü bərpa edib
İKT
13:03
Məzahir Pənahov Serbiyada seçkiləri müşahidə edəcək
Xarici siyasət
13:02
Mahir Emrelinin çıxış etdiyi klubda yenidən baş məşqçi istefası gerçəkləşib
Futbol
13:01
Avstraliyada deputat avtomobillə qəsdən vurulub
Digər ölkələr
12:52
Fuad Çıraqov: Azərbaycan-Gürcüstan münasibətlərinin alternativi yoxdur
Region
12:46
Foto
Belarus parlamentinin sədri Ağdamda aqroşəhərciyin tikintisinin gedişatı ilə tanış olub
Qarabağ