“Bvlgari” Luvr muzeyində sərgilənən “Torloniya mərmərləri” sərgisinin əsas sponsorudur

“Bvlgari” Luvr muzeyində sərgilənən “Torloniya mərmərləri” sərgisinin əsas sponsorudur ​​​​​​​Bu günə qədər qorunan və “Fondazione Torlonia” tərəfindən “Bvlgari” brendinin dəstəyi ilə bərpa edilən   böyük xüsusi qədim heykəllər kolleksiyası, dünya turunun ilk beynəlxalq mərhələsi olaraq iyunun 25-də Parisdəki Luvr muzeyində sərgilənib
Biznes
27 İyun , 2024 09:49
“Bvlgari” Luvr muzeyində sərgilənən “Torloniya mərmərləri” sərgisinin əsas sponsorudur

Bu günə qədər qorunan və “Fondazione Torlonia” tərəfindən “Bvlgari” brendinin dəstəyi ilə bərpa edilən böyük xüsusi qədim heykəllər kolleksiyası, dünya turunun ilk beynəlxalq mərhələsi olaraq iyunun 25-də Parisdəki Luvr muzeyində sərgilənib.

Bu günə qədər qorunan və qədim Yunan və Roma heykəllərinin ən böyük fərdi kolleksiyası kimi tanınan “Torloniya Mərmərləri” Fondazione Torlonia tərəfindən bərpa edildikdən sonra ilk dəfə İtaliyadan kənarda, dünyanın ən məşhur və nüfuzlu muzeylərindən birində nümayiş etdirilir. Kolleksiyanın bərpası və Luvr Muzeyində sərgilənməsində başlıca rolu “Bvlgari” brendi tutur.

Açılış tədbiri “Bvlgari” tərəfindən Baş Qərargah Rəhbəri Françesko Gilioli, Xüsusi Nəzarətçi Daniela Porro və İtaliyanın Fransadakı səfiri Emanuela D'Alessandronun iştirakı ilə keçirilib. Həmçinin qurumların və beynəlxalq mətbuatın eksklüziv nümayəndələri də iştirak edib.

“Fondazione Torlonia ilə dərin bağ 2017-ci ilə, “Bvlgari” dünyanın ən mühüm antik sənət kolleksiyası sayılan 100-dən çox heykəlin bərpasının əsas himayədarı olduğu vaxta təsadüf edir. Bu gün biz fəxr edirik ki, qorunub saxlanmasına töhfə verdiyimiz bu bədii irs dünyanın ən böyük mədəniyyət qurumlarından biri olan Luvr muzeyinə və beləliklə də, geniş beynəlxalq auditoriyaya çatmaq üçün ilk dəfə İtaliyadan kənara çıxır. Bizə bu mədəni himayə təşəbbüslərini həyata keçirməyin nə qədər vacib olduğunu xatırladan bu əhəmiyyətli sərgi, davamlı dəyər yaratmaq üçün öhdəliyimizin bir hissəsidir. Eynilə bu ilin əvvəlində Fondazione “Bvlgari”nin yaradılmasında bizi ruhlandıran öhdəlik kimi”. “Bvlgari”nin baş direktoru Jan-Kristof Babin bildirib.

Təxminən 100 beynəlxalq qonağa qədim heykəltəraşlıq kolleksiyası nümayiş etdirildi. Sərgiyə özəl ekskursiyadan zövq aldıqdan sonra qonaqlar Galerie Daru-nun möhtəşəm məkanında üçulduzlu aşpaz Yannik Allenonun bu xüsusi gün üçün xüsusi olaraq hazırladığı nahardan zövq aldılar. Skripkaçı və arfaçıların canlı ifaları gecənin füsunkar ab-havasını formalaşdırıb.

Xüsusi tədbirdə “Nargis” jurnalının təsisçisi və baş redaktoru, həmçinin “Bvlgari” brendinin dostu Ülviyyə Mahmud da iştirak edib.

“Bvlgari”nin Parisdə baş tutan təşəbbüsləri çərçivəsində, iyunun 25-dən avqustun 31-dək zərgərlik evinin 140 illik yubileyini qeyd etmək üçün “Place Vendome Flagship” butikində “Eternally Reborn” sərgisi ilə də tanış olmaq mümkün olacaq.

Sərgi Luvr Muzeyi tərəfindən İtaliya Mədəniyyət Nazirliyi (Roma Arxeologiyası Təsviri İncəsənət və Landşaft üzrə Xüsusi Nəzarət İdarəsi) və Fondazione Torlonia ilə birgə, Bvlgari-nin əsas himayədarı kimi dəstəyi ilə təşkil edilmişdir. Kolleksiyanın iyunun 26-dan noyabrın 11-dək muzeydə “Denon Qanadı”nda nümayiş etdirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi