Bu ilin I yarısının ən böyük ixracatçıları açıqlanıb

Bu ilin I yarısının ən böyük ixracatçıları açıqlanıb Bu ilin I yarısında Azərbaycanın ən böyük qeyri-neft ixracatçıları açıqlanıb.
Biznes
30 İyul , 2021 11:03
Bu ilin I yarısının ən böyük ixracatçıları açıqlanıb

Bu ilin I yarısında Azərbaycanın ən böyük qeyri-neft ixracatçıları açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın iyul buraxılışında qeyd edilir.

İcmalda qeyri-neft sektoru üzrə həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

2021-ci ilin yanvar-iyun ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk 3-lüyə "MKT İstehsalat Kommersiya" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "Local Garden” MMC nəzarət edir.

Növbəti yerlərdə isə "P-Aqro" MMC, "Baku Steel Company", "Sun Food" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC, "Fruitland" MMC və “Agro-Land-Az” QSC qərarlaşıb.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, "Azergold" QSC, "Azəralüminium" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərenerji" ATSC, "Azərbaycan Dəmir Yolları" QSC, "Azəripək" MMC, "Caspian Geo" MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti yer alıb.

Son xəbərlər

Orphus sistemi