Bu il “AzerGold” ixrac gəlirlərini təqribən 2 % artırıb
- 30 noyabr, 2023
- 14:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında “AzerGold” QSC 85,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında bildirilir.
Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 milyon ABŞ dolları və ya 1,7 % çoxdur.
Qeyd edək ki, “AzerGold” Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 62 milyon manat təşkil edir. Cəmiyyətin əsas fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.