Cavid Qurbanov: Süni intellekt təkrarlanan bəzi işləri avtomatlaşdıracaq

İKT
  • 16 noyabr, 2026
  • 10:47
Cavid Qurbanov: Süni intellekt təkrarlanan bəzi işləri avtomatlaşdıracaq

Süni intellekt təkrarlanan bəzi işləri avtomatlaşdıracaq və peşələrin formasını dəyişəcək.

"Report" xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov "Milli Məşğulluq Forumu"nda deyib.

Onun sözlərinə görə, bu gün rəqəmsallaşma əmək bazarına yönəlik tələbləri sürətlə dəyişir:

"Azərbaycanın yeni texnologiyaların istifadəçisi deyil, həm də rəqəmsal məhsul və xidmətlər yaradan, eləcə də beynəlxalq bazarlarda rəqabət aparan ölkə kimi inkişafı hədəflənir. Burada əsas vəzifəmiz vətəndaşların yaradılan imkanlardan istifadəsinə imkan yaratmaqdır. Gəncləri əmək bazarına uyğun hazırlamaq da növbəti hədəflərimizdəndir".

C.Qurbanov süni intellektin əmək bazarına gələcəkdə göstərəcəyi mümkün təsirlərə də toxunub:

"Süni intellekt bəzi təkrarlanan işləri avtomatlaşdıracaq və peşələrin formasını dəyişəcək. Burada əsas məqsəd insanları texnologiya ilə rəqabətə yönləndirmək deyil, texnologiya ilə birlikdə işləməyə sövq etməkdir".

Nazir müavini süni intellektin yeni ixtisaslara təlabat yaradacağını vurğulayıb:

"Hazırda Azərbaycanda süni intellekt və yüksək hesablama infrastrukturlarının inkişafı, beynəlxalq texnologiya şirkətləri ilə əməkdaşlıq, eləcə də innovasiya və startap ekosisteminin genişləndirilməsi istiqamətində mühüm işlər aparılır".

44 filmi