“Baku Steel Company” maliyyə vəziyyətini açıqlayıb

Biznes
  • 07 yanvar, 2022
  • 11:12
“Baku Steel Company” maliyyə vəziyyətini açıqlayıb

Azərbaycanın metallurgiya müəssisəsi - "Baku Steel Company" MMC (BSC) 1 yanvar 2021-ci il tarixinə maliyyə göstəricilərini açıqlayıb.

Şirkətin internet səhifəsində yerləşdirilmiş maliyyə hesabatına əsasən, 2020-ci ilin sonuna müəssisənin 60,95 milyon manat yığılmış zərəri olub.

Hesabat tarixinə BSC-nin aktivləri 183,526 milyon manat, öhdəlikləri isə 206,498 milyon manat təşkil edib. Son nəticədə onun balans kapitalında 22,972 milyon manat çatışmazlıq yaranıb.

Maliyyə hesabatında BSC-nin təsisçiləri də açıqlanıb. Müəssisənin təsis paylarının 75%-i “Politon” MMC-yə, 25%-i isə Əli Kərimova məxsusdur. “Politon”un direktoru isə İman Nəsirulla oğlu Quliyevdir ki, o həm də BSC-nin son nəzarətçisidir.

“Baku Steel Company” “Baku Oxygen Company” ASC-nin səhmlərinin hamısına, “Azertekrargarametal” ASC-nin səhmlərinin 98,8%-nə, “Bakelektroqaynaq” ASC-nin səhmlərinin 97,9%-nə, “Baku Steel Construction” ASC-nin səhmlərinin 80%-nə, “Bakı Elektro Ştamp” ASC-nin səhmlərinin 80%-nə, “Xəzərboru” ASC-nin səhmlərinin 95%-nə, “Azerboru” ASC-nin səhmlərinin 97,4%-nə, “Memar” şirkətinin təsis paylarının isə hamısına nəzarət edir.

44 filmi