Bakıda ötən ay köhnə mənzillər bahalaşıb, yeni mənzillər isə ucuzlaşıb

Biznes
  • 10 yanvar, 2022
  • 07:17
Bakıda ötən ay köhnə mənzillər bahalaşıb, yeni mənzillər isə ucuzlaşıb

Ötən ilin dekabr ayında Bakının daşınmaz əmlak bazarında qiymətlər noyabr ayı ilə müqayisədə 3,35 %, əvvəlki ilin dekabr ayına nisbətən isə 6 % artıb.

Bu barədə “Report”a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.

Onun sözlərinə görə, dekabrda paytaxtda təkrar mənzillərin qiyməti 2,4 % artıb, il ərzində isə 1,9 % azalıb. Təkrar mənzil bazarında bahalı mənzillərin (1 kvadrat metrin qiyməti 2 550 manatdan çox) qiymətində ay ərzində 1,7 % artım , il ərzində 6,4 % azalma, orta mənzillərin qiymətində (1 kvadrat metrin qiyməti 1 700-2 500 manat) ay ərzində 0,2 %, il ərzində 1,2 % azalma, ucuz mənzillərin (1 kvadrat metrin qiyməti 1 700 manata qədər) qiymətində isə ay ərzində 1,5 %, il ərzində 0,8 % azalma qeydə alınıb.

N. İbrahimov bildirib ki, dekabr ayında ilkin mənzil bazarında qiymətlərdə bir öncəki ayla müqayisədə 1,1 %, il ərzində 1,5 % azalma müşahidə edilib. İlkin mənzil bazarında ucuz mənzillərin (1 kvadrat metrin qiyməti 1 190 manata qədər) qiyməti ay ərzində 1,1 %, il ərzində 2,4 % azalıb, orta mənzillərin (1 kvadrat metrin qiyməti 1 190-2 040 manat) qiyməti ay ərzində 2,2 %, il ərzində 4,1 % artıb, bahalı mənzillərin (1 kvadrat metrin qiyməti 2 040 manatdan çox) qiymətində isə ay ərzində 5,2 % artım, il ərzində 5,4 % ucuzlaşma olub.

Mənzillərin kirayəsi bazarında dekabr ayı ərzində qiymətlərdə 3,35 %, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 1,3 % azalma qeydə alınıb. Ucuz mənzillərin (aylığı 500 manata qədər) kirayə qiymətlərində ay ərzində 1,5 %, il ərzində 15,9 % azalma, orta mənzillərin (aylığı 500-1000 manat) kirayə qiymətlərində ay ərzində 1,9 %, il ərzində 1,9 % artım, bahalı mənzillərin (aylığı 1 000 manatdan çox) kirayə qiymətində ay ərzində 1,5 %, il ərzində 11,5 % azalma müşahidə edilib", - N. İbrahimov qeyd edib.

44 filmi