Bakıda fərdi yaşayış və bağ evlərinin satış qiyməti 18 % artıb

Biznes
  • 07 may, 2024
  • 09:58
Bakıda fərdi yaşayış və bağ evlərinin satış qiyməti 18 % artıb

Bu ilin aprel ayında Bakıda fərdi yaşayış və bağ evlərinin satış qiyməti 1 kvadrat metrə görə mart ayına nisbətən 3,1 % artıb.

Bu barədə “Report”a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, ötən ilin eyni ayı ilə müqayisədə isə 18 % artım olub: “Bazarda təklif sayı ay ərzində 5,8 %, il ərzində isə bu göstərici 15,9 % artıb.

Ekspert qeyd edib ki, fərdi yaşayış və bağ evlərinin kirayəsi bazarında aprel ayı ərzində qiymətlərdə 1 kvadrat metrə görə 3,5 % ucuzlaşma, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 14,3 % artım qeydə alınıb.

Günlük kirayəyə verilən fərdi yaşayış və bağ evlərinin qiymətinə gəldikdə isə V. Oruc bildirib ki, ay ərzində 1,8 % azalma, il ərzində isə 8 % artım qeydə alınıb: “Fərdi yaşayış və bağ evlərinin kirayəsi üzrə təklif sayı ay ərzində 3 %, il ərzində 7,5 % artıb".

44 filmi