Bakıda Azərbaycan-Slovakiya İqtisadi əməkdaşlıq üzrə işçi qrupunun ilk iclası keçiriləcək

Bakıda Azərbaycan-Slovakiya İqtisadi əməkdaşlıq üzrə işçi qrupunun ilk iclası keçiriləcək Mərkəzi və Cənub-Şərqi Avropa regionunun enerji təhlükəsizliyinin gücləndirilməsində Azərbaycanın potensialından istifadə imkanları müzakirə edilib.
Biznes
23 Sentyabr , 2024 14:15
Bakıda Azərbaycan-Slovakiya İqtisadi əməkdaşlıq üzrə işçi qrupunun ilk iclası keçiriləcək

Bakıda keçiriləcək Azərbaycan ilə Slovakiya arasında İqtisadi əməkdaşlıq üzrə işçi qrupunun ilk iclası və biznes foruma hazırlıqla bağlı müzakirələr aparılıb.

“Report” xəbər verir ki, bunu Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova ilə görüşən iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Həmçinin görüşdə iki ölkə arasında Mərkəzi və Cənub-Şərqi Avropa regionunun enerji təhlükəsizliyinin gücləndirilməsində Azərbaycanın potensialından istifadə imkanları müzakirə edilib.

Nazir qeyd edib ki, görüşdə ölkələr arasında iqtisadi əməkdaşlığının gündəmində olan prioritetlər müzakirə edilib: “Biznes tərəfdaşlığının inkişaf perspektivləri, ölkələrimizin energetika sektorunda birgə fəaliyyəti, əczaçılıq sahəsində əməkdaşlığın inkişafı və təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparılıb”.

Son xəbərlər

Orphus sistemi