“Bakı Tekstil Fabriki”nin xalis mənfəəti 5 dəfə artıb
- 14 dekabr, 2021
- 10:56
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bakı Tekstil Fabriki” MMC ötən ili 1,976 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 5 dəfə çoxdur.
Ötən il “Bakı Tekstil Fabriki”nin əsas əməliyyat gəlirləri 6,07 milyon manat (illik müqayisədə 3,3 dəfə çox), satışının maya dəyəri 2,729 milyon manat (4,3 dəfə çox), inzibati xərcləri 1,195 milyon manat (69% çox), maliyyə xərcləri 87 min manat (2,4 dəfə çox), mənfəət vergisi ödəmələri isə 83 min manat (5,1% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Bakı Tekstil Fabriki”nin aktivləri 5,881 milyon manat olub ki, bu da illik müqayisədə 39,6% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 10,2% azalaraq 2,716 milyon manata düşüb, balans kapitalı isə 2,7 dəfə aratarq 3,165 milyon manata çatıb.
Xatırladaq ki, “Bakı Tekstil Fabriki” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 548 min manatdır.