“Azexport”: Azərbaycan məhsullarının ABŞ bazarlarına ixracı genişləndirilir

“Azexport”: Azərbaycan məhsullarının ABŞ bazarlarına ixracı genişləndirilir İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “azexport.az” portalı Azərbaycan məhsullarının Amerika Birləşmiş Ştatlarına (ABŞ) ixracını artırır.
Biznes
13 Avqust , 2024 14:16
“Azexport”: Azərbaycan məhsullarının ABŞ bazarlarına ixracı genişləndirilir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “azexport.az” portalı Azərbaycan məhsullarının Amerika Birləşmiş Ştatlarına (ABŞ) ixracını artırır.

"Report" Mərkəzə istinadən xəbər verir ki, bu məqsədlə ABŞ şirkətləri ilə yerli istehsalçıların görüşləri təşkil olunub.

Hazırda portalın dəstəyi ilə ABŞ bazarına Azərbaycanın aqrar sənaye məhsulları, həmçinin müxtəlif qənnadı məmulatlarının ixracı davam etdirilir. İxrac olunan malların struktur və kateqoriyasının genişləndirilməsi məqsədilə mövcud əməkdaşlıq növbəti mərhələyə keçirilib. Belə ki, “Azexport” portalının dəvəti ilə ABŞ-də yerləşən bir sıra idxalçı şirkətin nümayəndəsi ötən həftə Bakıya səfər edib. Onlar respublika ərazisində 15-dən artıq istehsal və emal müəssisəsində olublar. Görüşlər əsasən qənnadı məhsulları (tort, ekler, vafli, peçenye), mineral su, spirtsiz içkilər, meyvə şirələri, hazır qidalar, konservləşdirilmiş və dondurulmuş meyvə-tərəvəz, ədviyyat və quru meyvə sektorunda fəaliyyət göstərən şirkət nümayəndələri ilə baş tutub.

Səfər çərçivəsində ölkədə xarici investisiya əsaslı, ixrac yönümlü məhsul istehsalı ilə məşğul olan müəssisənin qurulması imkanları da araşdırılıb. Növbəti mərhələdə idxalçı şirkətin ABŞ bazarı üçün öz məhsullarını Azərbaycanda istehsal etməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi