Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri gücləndirilmiş elektron imza verəcək

Biznes
  • 16 iyun, 2017
  • 08:34
Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri gücləndirilmiş elektron imza verəcək
Report.az

Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycanda qeyri-rezidentlərin biznesə başlamaq prosedurunun sadələşdirilməsi ölkə prezidentinin rəqəmsal ticarət qovşağının yaradılmasına dair fərmanı ilə bağlı həyata keçirilən Tədbirlər Planında nəzərdə tutulub.

“Report”un məlumatına görə, bu barədə Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Departamentinin baş direktoru Samirə Musayeva məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı qanunvericiliyə ediləcək dəyişiklik xarici investorların Azərbaycana gəlmədən, ölkənin yerli diplomatik nümayəndəliklərindən gücləndirilmiş elektron imza almağa, vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçməyə, əməlyyatlar aparmağa imkan verəcək: “Bunun üçün sadəcə texniki məsələlər həll edilməlidir”.