Azərbaycanın soyuducu istehsalçısı zərərini 4 dəfə azaldıb
- 28 iyul, 2023
- 05:14
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bakı Çinar Soyuducuları” ASC 2022-ci ili 20 min manat zərərlə başa vurub.
“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 3,8 dəfə azdır.
Öən il “Bakı Çinar Soyuducuları”nın əsas əməliyyat gəlirləri 698 min manat (əvvəlki ilə nisbətən 3,4 dəfə çox), sair əməliyyat gəlirləri 307 min manat (2 dəfə az), istifadə etdiyi material ehtiyyatlarının dəyəri 176 min manat (12,8 % çox), işçi heyəti üzrə xərcləri 81 min manat (14,1 % çox), amortizasiya xərcləri 185 min manat (31,2 % çox), sair əməliyyat xərcləri isə 583 min manat (9,4% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Bakı Çinar Soyuducuları”nın aktivləri 4,282 milyon manat olub ki, bu da illik müqayisədə 8,1 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 0,9% azalaraq 2,325 milyon manata, balans kapitalı isə 15,3 % azalaraq 1,957 milyon manata düşüb.
Xatırladaq ki, “Bakı Çinar Soyuducuları” kommersiya qurumu kimi 1959-cu ildən fəaliyyət göstərən Bakı Soyuducular Zavodunun bazasında 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,781 milyon manatdır.