Azərbaycanın metal məmulatları istehsalçısının səhmdarlarının yığıncağı keçiriləcək
- 08 aprel, 2024
- 06:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Mayın 7-də, saat 12:00-da “AzeSteelCompany” “ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 102A ünvanında yerləşən iş mərkəzində olacaq.
Yığıncağın gündəliyi açıqlanmayıb.
“AzeSteelCompany” 2003-cü ildə "Ekspress-C" adı ilə yaradılıb, 2022-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,355 milyon manatdır. Şirkətin səhmlərinin 61,6 %-i "Azfinance İnvestisiya Şirkəti" QSC-yə, 18,5 %-i Cəmaləddin İsmayılova, 7 %-i Kənan Ağayevə, 4,8 %-i Aysel Səfərəliyevaya, yenə də 4,8 %-i adı açıqlanmayan fiziki şəxsə, 3,3 %-i isə Ömər Hüseynova məxsusdur. Səhmdar cəmiyyəti metal məmulatlarının istehsalı ilə məşğuldur.