Azərbaycanın əsas tədarük bazarından xam şəkər idxalı kəskin azalıb
- 05 may, 2022
- 13:15
2022-ci ilin yanvar-fevral aylarında Azərbaycan xaricdən 23,66 milyon ABŞ dolları dəyərində 44 min 301 ton xam şəkər (şəkər çuğundurundan/qamışından alınan aromatik-dad və ya boyayıcı əlavələrsiz) alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 67,8 %, kəmiyyət olaraq – 34,5 % artıb.
Meksikadan 14,74 milyon ABŞ dolları dəyərində 27 min 956 ton, Braziliyadan 8,91 milyon ABŞ dolları dəyərində 16 min 341 ton, Kolumbiyadan 5,13 min ABŞ dolları dəyərində 2,72 ton, Rusiyadan 1,36 min ABŞ dolları dəyərində 1,21 ton, Böyük Britaniyadan 0,7 min ABŞ dolları dəyərində 0,32 ton məhsul gətirilib.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Braziliyadan tədarük müvafiq olaraq 36,8 % və 50 % azalıb, Kolumbiyadan – 41,2 % və 49,5 % azalıb. Ötən ilin ilk iki ayında Azərbaycan Meksika, Rusiya və Böyük Britaniyadan xam şəkər idxal etməyib.
Qeyd edək ki, ötən il ölkəyə gətirilən 303,7 min ton xam şəkərin 92,2 % Braziliyanın payına düşüb.