Azərbaycanın əsas tədarük bazarına neft koksu ixracı kəskin azalıb
- 23 avqust, 2022
- 08:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycandan xaricə 13,2 milyon ABŞ dolları dəyərində 69 min 456 ton neft koksu göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 21,5 % çoxdur, kəmiyyət olaraq – 56,6 % azdır.
Hesabat dövründə Hindistana 6,55 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 91,2 % artıb) 33 min 808 ton (-22,6 %), Çinə 4,8 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 25 min 429 ton (-0,8 %), Rusiyaya 1,3 milyon ABŞ dolları dəyərində (-76,3 %) 7 min 677 ton (-91 %), Ukraynaya 424 min ABŞ dolları dəyərində (+16,2 %) 2 min 233 ton (-36,7 %) və Tacikistana 59 min ABŞ dolları dəyərində 310,3 ton məhsul satıb.
İki il 3 aylıq fasilənin ardından Tacikistan Azərbaycandan neft koksu almağa başlayıb.
2021-ci ildə xaricə (4 ölkə) satılan 280 min 876 ton neft koksunun 62,8 %-i Rusiyanın payına düşüb.