Azərbaycanın bu il Ulyanovskdan idxal etdiyi kolbasa məhsullarının həcmi açıqlanıb

Biznes
  • 14 sentyabr, 2023
  • 07:18
Azərbaycanın bu il Ulyanovskdan idxal etdiyi kolbasa məhsullarının həcmi açıqlanıb

Bu ilin əvvəlindən Azərbaycan Rusiyanın Ulyanovsk vilayətindən 280 ton kolbasa məhsulları idxal edib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, məhsullar 15 partiyada Azərbaycana göndərilib.

Vilayətin aqrar-sənaye kompleksi və kənd ərazilərinin inkişafı naziri bildirib ki, satış “Beynəlxalq əməkdaşlıq və ixrac” milli layihəsi çərçivəsində həyata keçirilir.

İxrac edilən bütün məhsullar alıcı ölkənin tələblərinə cavab verib, onların keyfiyyəti və təhlükəsizliyi akkreditə olunmuş laboratoriyalarda təsdiqlənib. Məhsullarda baytarlıq qanunvericiliyinin pozulması halları müəyyən edilməyib.

44 filmi