Bu ilin I yarısında Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasında 13 milyard 734,6 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları aparılıb.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 8,9 % çoxdur.
Yarım il ərzində Azərbaycandan Aİ ölkələrinə 12 milyard 192,3 milyon ABŞ dolları dəyərində ixrac (5,5 % çox), 1 milyard 542,3 milyon ABŞ dolları dəyərində idxal (36,1 % çox) əməliyyatları həyata keçirilib.
6 ay ərzində Azərbaycan ticarət əməliyyatlarını əsasən İtaliya, Almaniya, Yunanıstan, İspaniya və Çexiya ilə aparıb.
Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi 8 milyard 579,8 milyon ABŞ dolları, o cümlədən ixracı 8 milyard 363,5 milyon ABŞ dolları, idxalı isə 216,3 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi və ixrac 1,1 dəfə azalıb, idxal isə 1,4 dəfə artıb. İtaliyaya ixrac Azərbaycanın ümumi ixracının 46,55 %-i qədər olub.
Azərbaycanın Almaniya ilə ticarət dövriyyəsi isə 855,1 milyon ABŞ dolları, o cümlədən ixracı 372,5 milyon ABŞ dolları, idxalı isə 482,6 milyon dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 1,5 dəfə, o cümlədən ixrac 1,3 dəfə, idxal isə 1,7 dəfə artıb.
Azərbaycanın Yunanıstanla ticarət dövriyyəsi isə 809,9 milyon ABŞ dolları, o cümlədən ixracı 800,5 milyon ABŞ dolları, idxalı isə 9,4 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi və ixrac 1,3 dəfə, idxal isə demək olar ki, dəyişməyib.
Azərbaycanın İspaniya ilə ticarət dövriyyəsi 695,1 milyon ABŞ dolları, o cümlədən ixracı 653 milyon ABŞ dolları, idxalı isə 42,1 milyon ABŞ dolları təşkil edib. Spn 1 ildə ticarət dövriyyəsi və ixrac 1,8 dəfə, idxal isə 1,1 dəfə artıb.
Azərbaycanın Çexiya ilə ticarət əməliyyatları 469,3 milyon ABŞ dolları, o cümlədən ixracı 427,5 milyon ABŞ dolları, idxalı isə 41,8 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 1,4 dəfə, o cümlədən ixrac 1,3 dəfə, idxal isə 1,5 dəfə artıb.