Azərbaycanın 9 rayonunda sahibkarlıq və özünüməşğulluq təşviq ediləcək

Biznes
  • 27 sentyabr, 2021
  • 07:45
Azərbaycanın 9 rayonunda sahibkarlıq və özünüməşğulluq təşviq ediləcək

İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Lənkəran, Astara və Lerik (1), Quba, Qusar və Xaçmaz (2), eləcə də Şəki, Qax və Zaqatala rayonlarında (3) kənd yerlərində sahibkarlığın və özünüməşğulluğun təşviq edilməsi, yeni sahibkarlıq subyektlərinin təsis olunması məqsədilə məsləhət və təlim xidmətlərinin satın alınması üçün 3 açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderlərdə iştirak haqqı 800 manatdır.

İddiaçılar ilkin sənədləri oktyabrın 20-si, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktybarın 28-I, saat 11:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun korporativ xidmətlər departamentinin təchizat şöbəsinin müdiri Nihad Axundovdur. Telefon: (012) 404-04-01.

Tenderlərin nəticələri oktyabrın 29-da, saat 11:00-da Portalda açıqlanacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti