Azərbaycandan Gürcüstana sürtkü yağlarının tədarükü 60 dəfə artıb

Biznes
  • 30 mart, 2023
  • 13:55
Azərbaycandan Gürcüstana sürtkü yağlarının tədarükü 60 dəfə artıb

Bu ilin yanvarında Azərbaycandan xaricə 3,4 milyon ABŞ dolları dəyərində 3 min 26 ton sürtkü yağı göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 82,4 %, kəmiyyət olaraq – 82 % çoxdur.

Gürcüstana 1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 40 dəfə çoxdur) 1 min 208 ton (+60 dəfə), Ukraynaya 773 min ABŞ dolları dəyərində 593 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyəyə 519 min ABŞ dolları dəyərində (-61 %) 446 ton (-66 %), İraqa 312 min ABŞ dolları dəyərində (-4,6 %) 233 ton (+6,4 %), Polşaya 209 min ABŞ dolları dəyərində 238 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satılıb.

Hesabat dövründə Azərbaycana 12 milyon ABŞ dolları dəyərində (+52 %) 7 min 869 ton (+65 %) sürtkü yağı idxal edilib.

Rusiyadan 4,4 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 5 min 579 ton (+2,6 dəfə), Türkiyədən 2,6 milyon ABŞ dolları dəyərində (+53,4 %) 881 ton (+28 %), Almaniyadan 2 milyon ABŞ dolları dəyərində (+84,2 %) 447 ton (+71 %), Belçikadan 571 min ABŞ dolları dəyərində (+2,1 %) 150,4 ton (+90 %), Koreyadan 463 min ABŞ dolları dəyərində (+42 dəfə) 149,5 ton (+71 dəfə) məhsul gətirilib.