Azərbaycandan dəmir yolu ilə daşınan tranzit yüklər yol vergisindən azad ediləcək.
“Report” xəbər verir ki, bu, Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı layihəsində öz əksini tapıb.
Sənəd əsasən, xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycandakı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılışməntəqəsindən keçirilməklə daşınıldıqda gələn il yanvarın 1-dən 2 il müddətinə yol vergisindən azad edilir.
Bundan başqa, dəmir yolu ilə nəql edilən yüklər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi son dəmir yolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda yol vergisindən azad edilir.