Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 27 % artıb

Biznes
  • 12 yanvar, 2023
  • 12:37
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 27 % artıb

2022-ci ildə yeni nəsil nəzarət-kassa aparatları üzrə dövriyyə 19,5 milyard manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 26,6 % çoxdur.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu il yanvarın 1-nə qədər Azərbaycanda 83 216 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.