Azərbaycanda yeni dərman zavodu inşa olunacaq

Azərbaycanda yeni dərman zavodu inşa olunacaq Pirallahı Sənaye Parkında növbəti əczaçılıq zavodunun təməlinin qoyulması planlaşdırılır
Biznes
26 Aprel , 2017 12:26
Azərbaycanda yeni dərman zavodu inşa olunacaq

Bakı. 26 aprel. REPORT.AZ/ Bu ilin iyun ayında Pirallahı Sənaye Parkında növbəti dərman zavodunun təməlinin qoyulması planlaşdırılır.

"Report"  xəbər verir ki, bu barədə jurnalistlərə iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

Onun sözlərinə görə, hazrda bu məqsədlə BƏƏ ilə müvafiq danışıqlar aparılıb, bu ilin fevral ayında memorandum imzalanıb və gələn ay isə ikitətərfli görüş keçiriləcək.

Nazir müavini bildirib ki, görülən bu işlər ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlərdən biridir.

Qeyd edək ki, Pirallahı Sənaye Parkında artıq 2 əczaçılıq zavodunun təməli qoyulub.

Son xəbərlər

Orphus sistemi