Vüqar Bayramov: "İri sahibkarlar arasında qadınlar azdır"

Vüqar Bayramov: "İri sahibkarlar arasında qadınlar azdır" Azərbaycanda hər 5 sahibkardan 1-i qadın olsa da, iri sahibkarlar arasında qadınlar xeyli azdır.
Biznes
24 May , 2024 12:23
Vüqar Bayramov: İri sahibkarlar arasında qadınlar azdır

Azərbaycanda hər 5 sahibkardan 1-i qadın olsa da, iri sahibkarlar arasında qadınlar xeyli azdır.

“Report” xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

"Orta sahibkarların 8 %-i, kiçik sahibkarların isə 16 %-i qadınlardır. Bundan başqa, qadınların maaşı az olduğundan onlar pensiyaya çıxanda da az pensiya alırlar. Təklif edirəm ki, qadınlar pensiyaya çıxarkən onlara xüsusi əmsal tətbiq edilsin", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi