Bakıda “5-ci yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək

Bakıda “5-ci yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək ​​​​​​​İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə iyunun 24-26-da Bakı Ekspo Mərkəzində “5-ci yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək
Biznes
24 May , 2024 10:00
Bakıda “5-ci yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək

İyunun 24-26-da İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un birgə təşkilatçılığı, “Kapital Bank”ın rəsmi tərəfdaşlığı ilə 5-ci “Yerli şirkətlərin tanıtım sərgisi” baş tutacaq.

“Bakı Ekspo Mərkəzi”ndə keçiriləcək sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkət öz məhsul və xidmətlərini nümayiş edəcək.

Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.

Sərginin ziyarətçiləri sırasına qatılaraq yerli şirkətlərin təqdim etdiyi yeni məhsul və xidmətlərlə yaxından tanış ola bilərsiniz.

Nəzərinizə çatdıraq ki, sərgidə ziyarətçi iştirakı tamamilə ödənişsizdir.

Sponsor: Gültekin Logistics

Tərəfdaşlar: İş adamları Cəmiyyətinin Milli Assosiasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi, İqtiasadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası

Təşkilati dəstək: "ArchiCO Engineering Company", "Regional Construction Group", "Construction Business Group"

Promo tərəfdaş: "Moon Group Poliqrafiya & Promo"

Media tərəfdaş: "BHB Strategic & Creative Co."

Tarix: 24-26 iyun

Ünvan: Bakı Ekspo Mərkəzi

Qeydiyyat üçün: https://bit.ly/3wCsw3B

Ətraflı məlumat üçün: *0555 +99450 254 33 49

www.marsolexpo.az

Son xəbərlər

Orphus sistemi