Şahin Bağırov Ağcabədidə vətəndaşları qəbul edib

Şahin Bağırov Ağcabədidə vətəndaşları qəbul edib ​​​​​​​Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının inzibati binasında Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Zərdab və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib
Biznes
23 May , 2024 13:44
Şahin Bağırov Ağcabədidə vətəndaşları qəbul edib

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının inzibati binasında Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Zərdab və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.

“Report”un DGK-ya istinadən verdiyi məlumata görə, komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Zərdab və Xocavənd rayonları sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi