Azərbaycanda vergi ödəyicilərinə əmlak və kapital amnistiyası verilə bilər

Azərbaycanda vergi ödəyicilərinə əmlak və kapital amnistiyası verilə bilər “Əgər bu günə qədər hər hansı vergi ödəyici tərəfindən bu və ya digər səbəbdən vergitutma obyektləri, təsərrüfat subyektləri, əmlakların gizlədilməsi halları mövcud olubsa, dövlət ortamüddətli dövr ərzində əmlak və kapital amnistiyası verməklə uçotdan yay
Biznes
11 Fevral , 2022 15:54
Azərbaycanda vergi ödəyicilərinə əmlak və kapital amnistiyası verilə bilər
Samirə Musayeva

“Əgər bu günə qədər hər hansı vergi ödəyici tərəfindən bu və ya digər səbəbdən vergitutma obyektləri, təsərrüfat subyektləri, əmlakların gizlədilməsi halları mövcud olubsa, dövlət ortamüddətli dövr ərzində əmlak və kapital amnistiyası verməklə uçotdan yayındırılmış, gizlədilmiş aktivlərin və əmlakların bəyan edilməsinə şərait yaradacaq islahatları da nəzərdən keçirir”.

Bunu “Report”a eksklüziv müsahibəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib.

O, əlavə edib ki, amnistiyanın verilməsi şəffaflaşmaya xidmət edəcək: “Kapitalın amnistiya prosesindən keçməklə şəffaflaşdırılması, uçotdan gizlədilmiş əmlakların bəyan edilməsi üçün dövlətin bir sıra dövlət təminatlar verməsi və növbəti dövrdə leqal iqtisadiyyatın həcminin artırılması ilə bağlı hədəflərimiz mövcuddur”.

Vergi rəsmisi əlavə edib ki, ölkədə aparılan iqtisadi siyasət, iqtisadi prioritetlər əsas götürülməklə yanaşı, vergi sahəsində beynəlxalq tendensiyalar da diqqət mərkəzindədir: “Çünki, iqtisadiyyat təcrid olunmuş şəkildə mövcud ola bilməz. Bu baxımdan transmilli şirkətlərin dünyanın ayrı-ayrı yerlərində vergilərin ödənilməsi, vergidən yayınmanın, verginin bir ölkədən digərinə daşınmasının qarşısının alınması ilə bağlı beynəlxalq təcrübə araşdırılır. Bu sahədə tətbiq olunan müasir alətlərin milli vergi qanunvericiliyində öz əksini tapması bundan sonra da təmin olunacaq”.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayevanın geniş müsahibəsini buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi