Azərbaycanda qızıl istehsalçısı Kanada şirkətinin 14 %-lik səhm paketini alıb

Azərbaycanda qızıl istehsalçısı Kanada şirkətinin 14 %-lik səhm paketini alıb Azərbaycanda fəaliyyət göstərən qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining plc” Kanadanın mis kəşfiyyatçısı “Libero Copper Gold Corporation”nın ("Libero") buraxılmış və dövriyyədə olan adi səhmlərin 14,18 %-ni alıb.
Biznes
23 Dekabr , 2021 14:10
Azərbaycanda qızıl istehsalçısı Kanada şirkətinin 14 %-lik səhm paketini alıb

Azərbaycanda fəaliyyət göstərən qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining plc” Kanadanın mis kəşfiyyatçısı “Libero Copper & Gold Corporation”nın ("Libero") buraxılmış və dövriyyədə olan adi səhmlərin 14,18 %-ni alıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, şirkət "Libero"nun hər bir səhminə 0,5 ABŞ dolları ödəməklə, ümumilikdə 2,8 milyon ABŞ dollara 5,6 milyon səhminə sahib olub.

“Anglo Asian Mining plc” bölməni investisiya məqsədləri üçün alıb, bazardan və digər şərtlərdən asılı olaraq, o cümlədən ümumi bazar şəraiti və digər mövcud investisiya və biznes imkanlarını nəzərə alaraq "Libero"nun adi səhmləri və ya varrantlarındakı benefisiar sahibliyini açıq bazarda, özəl danışıqlar yolu ilə və ya bir sıra şərtlərə uyğun olaraq artıra və ya azalda bilər.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

Son xəbərlər

Orphus sistemi