Azərbaycanda qeyri-neft sektorunun inkişaf istiqamətləri müzakirə olunub

Azərbaycanda qeyri-neft sektorunun inkişaf istiqamətləri müzakirə olunub İqtisadiyyat Nazirliyi və xarici diplomatik korpusun nümayəndələri arasında videokonfrans formatında keçirilən görüşdə 35-ə yaxın diplomatik missiyanın 70-ə yaxın nümayəndəsi iştirak edib.
Biznes
228
10 Sentyabr , 2020 18:12
Azərbaycanda qeyri-neft sektorunun inkişaf istiqamətləri müzakirə olunub

İqtisadiyyat Nazirliyi və xarici diplomatik korpusun nümayəndələri arasında videokonfrans formatında keçirilən görüşdə 35-ə yaxın diplomatik missiyanın 70-ə yaxın nümayəndəsi iştirak edib.

Bu barədə “Report”a Nazirlikdən bildirilib.

Məlumata görə, İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Azərbaycanda həyata keçirilən islahatları, əlverişli biznes və investisiya mühitini diqqətə çatdırıb, xarici ölkələrlə iqtisadi əməkdaşlığın genişləndirilməsində yeni təşəbbüslərin və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycanda iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib, xarici ölkələrlə rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı, nəqliyyat-logistika kimi prioritet sahələrdə əməkdaşlıq imkanları vurğulanıb. COVID-19 pandemiyasının iqtisadiyyata mənfi təsirlərinin minimallaşdırılması məqsədilə qəbul edilmiş Tədbirlər Planı çərçivəsində prioritet sektorların inkişafı üzrə tədbirlər həyata keçirilir, sərmayə yatıran yerli və xarici sahibkarlar üçün vergi və gömrük güzəştləri, həmçinin investisiya təşviqi mexanizmləri tətbiq olunur. Yeni yaradılan Azərbaycan İnvestisiya Holdinqi dövlət-özəl tərəfdaşlığı formatında layihələrin həyata keçirilməsi və dövlət şirkətlərinin fəaliyyət göstərdiyi sahələrə özəl investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətli rol oynayacaq.

Qeyd edək ki, görüşdə Azərbaycan iqtisadiyyatı, biznes və investisiya imkanlarına dair təqdimat keçirilib.

Son xəbərlər

Orphus sistemi