Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 9 %-ə yaxın artıb

Biznes
  • 18 dekabr, 2024
  • 13:10
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 9 %-ə yaxın artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8,5 % artaraq 11 milyard 394,5 milyon manat olub.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 11 ay ərzində təkcə hüquqi şəxslər əhaliyə 8 milyard 593,4 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,4 %-ini təşkil edib.

Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 1 116,9 manatlıq və yaxud 1 il əvvələ nisbətən nominal ifadədə 120,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.