Azərbaycanda aktiv kommersiya qurumlarının sayı 14 % artıb

Azərbaycanda aktiv kommersiya qurumlarının sayı 14 % artıb Bu il iyunun 1-nə Azərbaycanda 167,6 min kommersiya qurumu, o cümlədən 105,4 min aktiv kommersiya qurumu olub.
Biznes
8 İyun , 2023 15:16
Azərbaycanda aktiv kommersiya qurumlarının sayı 14 % artıb

Bu il iyunun 1-nə Azərbaycanda 167,6 min kommersiya qurumu, o cümlədən 105,4 min aktiv kommersiya qurumu olub.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bunlar, ötən ilin iyunun 1-i ilə müqayisədə müvafiq olaraq 10,4 % və 14 % çoxdur.

Hesabat tarixinə kommersiya hüquqi şəxslərinin 90,3 %-i MMC, 1,3 %-i SC, 1,1 %-i kooperativ və s. formalarda olub.

Mayın sonuna kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 32.490 vahid təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 15,3 % artım deməkdir.

Bu ilin yanvar-may aylarında ölkədə 6 945 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onlardan 88,3 %-i yerli investisiyalı, 11,7 %-i isə xarici investisiyalıdır. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 82,6 %-i elektron qaydada qeydə alınıb. Yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 94,3 % təşkil edib. Yeni qeydiyyat üsulu (fin kod+mobil nömrə) ilə 928 yerli investisiyalı MMC qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi