Azərbaycana üç ölkədən soya tədarükü bərpa edilib
- 13 mart, 2023
- 09:11
Ötən il Azərbaycana 27,9 milyon ABŞ dolları dəyərində 40 min 287 ton soya paxlası idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 21 % çoxdur.
Hesabat dövründə Ukraynadan 17,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 53 % çoxdur) 26 min 283 ton (+48 %), Braziliyadan 9 milyon ABŞ dolları dəyərində (+3,3 %) 12 min ton (-3,7 %), Argentinadan 1,1 milyon ABŞ dolları dəyərində 1 min 731 ton, Türkiyədən 299,6 min ABŞ dolları dəyərində (-14 %) 162,1 ton (-13 %), Avstriyadan 24,4 min ABŞ dolları dəyərində (-36 %) 10,8 ton (-48 %) məhsul alınıb.
On il 9 aylıq fasilənin ardından Argentinadan, 10 il 1 ayın tamamında Çindən (0,01 min ABŞ dolları dəyərində 0,01 ton) və 2 il 8 aydan sonra Lüksemburqdan (0,23 min ABŞ dolları dəyərində 0,04 ton) tədarük bərpa edilib.