Azərbaycana daha bir ölkədən qreyder tədarükünə başlanılıb

Biznes
  • 13 mart, 2023
  • 11:34
Azərbaycana daha bir ölkədən qreyder tədarükünə başlanılıb

Ötən il Azərbaycana 9,7 milyon ABŞ dolları dəyərində 91 ədəd qreyder və planlaşdırıcı idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 27 %, kəmiyyət olaraq – 15,2 % çoxdur.

Hesabat dövründə Çindən 7,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur) 66 ədəd (+2 dəfə), Amerika Birləşmiş Ştatlarından 1,7 milyon ABŞ dolları dəyərində (-8 %) 9 ədəd (-10 %), Braziliyadan 727 min ABŞ dolları dəyərində (-20 %) 4 ədəd (dəyişməyib), Türkiyədən 100 min ABŞ dolları dəyərində (-66 %) 8 ədəd (-69 %), İsveçdən 60 min ABŞ dolları dəyərində 1 ədəd (1 il 10 aydan sonra bərpa edilib) texnika alınıb.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Hindistandan (23 min ABŞ dolları dəyərində 1 ədəd) tədarük həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti