Azərbaycana daha bir ölkədən kirəmit tədarükünə başlanılıb
- 09 mart, 2023
- 09:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycana xaricdən 898 min ABŞ dolları dəyərində 1 milyon 28 min ədəd kirəmit (damüstü materiallar) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 5,4 % çoxdur.
Türkiyədən 833 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 30 % çoxdur) 969 min ədəd (+8 %), Serbiyadan 41 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 25 min ədəd (+94 %), İrandan 8,95 min ABŞ dolları dəyərində (-21 %) 22,4 min ədəd (-21 %), Sloveniyadan 8,36 min ABŞ dolları dəyərində 8,49 min ədəd, Polşadan 5,57 min ABŞ dolları dəyərində (-34 %) 2,31 min ədəd (-53 %) məmulat alınıb.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Tailanddan (0,08 min ABŞ dolları dəyərində 0,01 min ədəd) idxal həyata keçirilib. Beş il 3 aylıq fasilənin ardından Sloveniyadan tədarük bərpa edilib.