Azərbaycana 3 ölkədən akkumulyator idxalı bərpa edilib
- 10 mart, 2023
- 08:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il ərzində Azərbaycana 32,4 milyon ABŞ dolları dəyərində 1 milyon 636 min ədəd akkumulyator idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 5,4 % çoxdur, kəmiyyət olaraq – 27 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyədən 7,91 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 29 % çoxdur) 186 min 246 ədəd (+29 %), Çindən 6,86 milyon ABŞ dolları dəyərində (+31 %) 1 milyon 77 min ədəd (-36 %), Qazaxıstandan 4,64 milyon ABŞ dolları dəyərində (+21 %) 132 min 951 ədəd (+12,2 %), Belarusdan 2,12 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 49 min 724 ədəd (+2,4 dəfə), Rusiyadan 1,964 milyon ABŞ dolları dəyərində (-58 %) 38 min 513 ədəd (-65 %) məhsul alıb.
Beş il 10 ayın tamamında Cənubi Afrika Respublikasından (0,46 min ABŞ dolları dəyərində 1 ədəd), 3 il 1 aylıq fasilənin ardından Litvadan (1 min ABŞ dolları dəyərində 16 ədəd) və 2 il 6 aydan sonra Hindistandan (5,6 min ABŞ dolları dəyərində 26 ədəd) akkumulyator tədarükü bərpa edilib.