Azərbaycan Yunanıstandan kivi tədarükünü bərpa edib
- 19 iyun, 2023
- 10:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 1,9 milyon ABŞ dolları dəyərində 2 min 718 ton kivi gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12,4 %, kəmiyyət olaraq – 13 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 1,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 13 % çoxdur) 2 min 713 ton (+12,6 %), Çindən 14,6 min ABŞ dolları dəyərində (+0,01 %) 4 ton (dəyişməyib), İtaliyadan 1,4 min ABŞ dolları dəyərində (+8,5 %) 1 ton (+6,3 dəfə) və Yunanıstandan 0,04 min ABŞ dolları dəyərində 0,03 ton məhsul alıb.
Yeddi il 2 aylıq fasilənin ardından Azərbaycan Yunanıstandan kivi tədarükünü bərpa edib. Sonuncu dəfə Azərbaycan 2015-ci ildə bu ölkədən 24 min ABŞ dolları dəyərində 79,3 ton kivi alıb.