Azərbaycan Yeni Zelandiyadan dəniz xərçəngi tədarük etməyə başlayıb

Biznes
  • 22 yanvar, 2025
  • 08:18
Azərbaycan Yeni Zelandiyadan dəniz xərçəngi tədarük etməyə başlayıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 135,56 min ABŞ dolları dəyərində 11,95 ton omar (dəniz xərçəngi) idxal edib.

"Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12 dəfə, kəmiyyət olaraq – 27 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Yeni Zelandiyadan 75,75 min ABŞ dolları dəyərində 9,12 ton, Kanadadan 47,81 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5 dəfə çoxdur) 2,34 ton (+6 dəfə), Norveçdən 9,99 min ABŞ dolları dəyərində 0,4 ton (bir il əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərindən 0,96 min ABŞ dolları dəyərində (+3 dəfə) 0,03 ton (+3 dəfə), Omandan 0,88 min ABŞ dolları dəyərində (+3 dəfə) 0,05 ton (+5 dəfə) omar alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Yeni Zelandiyadan tədarük həyata keçirilib.