Azərbaycan Yaponiyadan velosiped tədarükünü bərpa edib
- 10 iyun, 2023
- 13:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Azərbaycana xaricdən 869,3 min ABŞ dolları dəyərində 21 min ədəd velosiped (ikitəkərli və digər növ, mühərriksiz) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 53 %, kəmiyyət olaraq – 63 % azdır.
Azərbaycana Çindən 713 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 55 % azdır) 20 min 18 ədəd (-64 %), Rusiyadan 52 min ABŞ dolları dəyərində (-75 %) 391 ədəd (-70 %), Belarusdan 40,8 min ABŞ dolları dəyərində 320 ədəd (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 21,3 min ABŞ dolları dəyərində (-23 %) 8 ədəd (-53 %), Almaniyadan 21 min ABŞ dolları dəyərində (+50 %) 158 ədəd (+68 %) velosiped idxal edilib.
Bir il yeddi aylıq fasilənin ardından Azərbaycan Yaponiyadan (0,2 min ABŞ dolları dəyərində 2 ədəd) velosiped alışını bərpa edib.