Azərbaycan Yaponiyadan kontakt linzaları idxal etməyə başlayıb 

Biznes
  • 09 noyabr, 2024
  • 10:17
Azərbaycan Yaponiyadan kontakt linzaları idxal etməyə başlayıb 

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 286 min ABŞ dolları dəyərində 89 min 984 ədəd kontakt linza idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 % çoxdur, kəmiyyət olaraq 21 % azdır.

Hesabat dövründə Azərbaycan Cənubi Koreyadan 80 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 70 % çoxdur) 44 min 159 ədəd (+27 %), Türkiyədən 64,3 min ABŞ dolları dəyərində (+49 %) 4 min 293 ədəd (-13 %), Çindən 42 min ABŞ dolları dəyərində (-77 %) 29 min 802 ədəd (-60 %), Yaponiyadan 39 min ABŞ dolları dəyərində 4 min 469 ədəd, Sinqapurdan 29 min ABŞ dolları dəyərində 3 min 399 ədəd (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Yaponiyadan tədarük həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti