Azərbaycan Yaponiyadan istiot tədarük etməyə başlayıb

Biznes
  • 05 fevral, 2025
  • 09:55
Azərbaycan Yaponiyadan istiot tədarük etməyə başlayıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 3,12 milyon ABŞ dolları dəyərində 781 ton istiot idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 %, kəmiyyət olaraq – 1 % çoxdur.

Hesabat dövründə Azərbaycan Vyetnamdan 1,32 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 % azdır) 296 ton (-14 %), Türkiyədən 798 min ABŞ dolları dəyərində (+2 %) 175 ton (+4 %), Özbəkistandan 250 min ABŞ dolları dəyərində (+81 %) 117 ton (+98 %), Hindistandan 172 min ABŞ dolları dəyərində (+5 %) 73 ton (-1 %), İrandan 170,2 min ABŞ dolları dəyərində (+2 dəfə) 41,2 ton (+2 dəfə) istiot alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Yaponiyadan (0,05 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.

44 - Tezliklə