Azərbaycan Yaponiya şirkəti ilə əməkdaşlığı müzakirə edib

Biznes
  • 17 yanvar, 2024
  • 05:09
Azərbaycan Yaponiya şirkəti ilə əməkdaşlığı müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində "Japan Tobacco International" şirkətinin prezidenti və baş icraçı direktoru Eddi Piard, eləcə də şirkətin beynəlxalq əlaqələr üzrə direktoru Ana Velykoviç və ilə görüşərək onlarla şirkətin ölkəmizlə ikitərəfli əməkdaşlığını müzakirə edib.

"Report" xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, görüşdə həmçinin Azərbaycanın COP 29 tədbirinə ev sahibliyi çərçivəsində nəzərdə tutulmuş işlər, həmçinin özəl sektorun COP29-un fəaliyyətinə cəlb olunması barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti