Azərbaycan Yaponiya ilə ikiqat vergitutmanı aradan qaldırır

Azərbaycan Yaponiya ilə ikiqat vergitutmanı aradan qaldırır Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya imzalanıb.
Biznes
27 Dekabr , 2022 18:16
Azərbaycan Yaponiya ilə ikiqat vergitutmanı aradan qaldırır

Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya imzalanıb.

"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, sənədi Azərbaycan tərəfdən iqtisadiyyat naziri Mikayıl Cabbarov, Yaponiya tərəfdən isə səfir Vada Cüniçi imzalayıblar.

Tədbirdə Yaponiya xarici işlər nazirinin parlamentar müavini Yoşikava Yuumi videomüraciətində ölkələrimiz arasında əlaqələrdən danışıb, imzalanan Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiyanın iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsində əhəmiyyətini vurğulayıb.

M. Cabbarov ölkəmizin Yaponiya ilə əlaqələrə önəm verdiyini, iqtisadi tərəfdaşlığın genişləndiyini qeyd edib, sənaye, enerji, o cümlədən bərpa olunan enerji, yeni texnologiyaların tətbiqi və s. sahələrdə əməkdaşlığın inkişafı üçün mövcud olan imkanları diqqətə çatdırıb.

Səfir  2022-ci ilin Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü olduğunu qeyd edib, Azərbaycanla iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətlərinə dair fikirlərini bölüşüb.

Tərəflər iqtisadi tərəfdaşlığın genişləndirilməsi yolları, xüsusilə ticarətin və investisiya qoyuluşlarının həcminin artırılması müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, “yaşıl enerji” sahəsində əməkdaşlıq, işğaldan azad olunmuş ərazilərdə icra edilə biləcək potensial layihələri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

14.27

Azərbaycan və Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında konvensiya imzalanıb.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

"Sənəd ikitərəfli iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə təkan verəcək", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi