Azərbaycan xalçaları beynəlxalq onlayn platformada satışa çıxarılıb

Biznes
  • 05 may, 2023
  • 14:09
Azərbaycan xalçaları beynəlxalq onlayn platformada satışa çıxarılıb

Azərbaycan xalçaları artıq beynəlxalq onlayn platformalardan biri olan "Shopify"da satışa çıxarılıb.

"Report" xəbər verir ki, bunu "Azərxalça" ASC-nin sədri Emin Məmmədov deyib.

O bildirib ki, ABŞ mərkəzli bu platformada xalçalara daha çox tələb var:

"Məqsədimiz Azərbaycan xalçalarını daha çox insanın görməsi və almasıdır. Bu platforma həmçinin logistikanı təmin edir və xalçalar müxtəlif ölkələrə çatdırılır", - deyə E. Məmmədov bildirib.

Qeyd edək ki, Azərbaycan xalçalarının “Amazon” və bu kimi dünyanın digər onlayn alış-veriş platformalarında satışı ilə bağlı da danışıqlar aparılır.